Press "Enter" to skip to content

Monqolustanda Hun kurqanlarında arxeoloji qazıntılar başlanıb

Arxeoloji qazıntılara başlanılıb

BAYRAQDAR MEDİA – Türkiyənin İstanbul Universiteti, İstanbul Aydın Universiteti və Monqolustan Dövlət Universitetinin birgə həyata keçirdiyi, TİKA-nın dəstəklədiyi “Atlılar Kültürü-2026” layihəsi çərçivəsində Monqolustanın Xentiy vilayətində yerləşən Bulgan Uul və Yazaar Uul dağlarındakı Hun kurqanlarında arxeoloji qazıntılara başlanılıb.

Layihənin məqsədi Ulu Hun irsinin öyrənilməsi və üzə çıxarılmasına töhfə verməkdir. Qazıntılar zamanı Şərqi Monqolustanda yaşamış hunların mədəni xüsusiyyətləri və demoqrafik quruluşu ilə bağlı yeni elmi məlumatların əldə olunacağı gözlənilir.

Türkiyə və Monqolustandan olan alimlərin iştirak etdiyi tədqiqatlar Kherlen çayı vadisində yerləşən iki arxeoloji ərazidə aparılır.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.