BAYRAQDAR MEDİA – Qars valisi Ziya Polatın sədrliyi ilə Aninin fəthinin 962-ci ildönümü münasibətilə keçiriləcək tədbirlərin hazırlıq iclası keçirilib.
Bu barədə karsmanset.com saytı məlumat yayıb
Bildirilib ki, iclasda avqustun 16-da keçiriləcək yubiley proqramı çərçivəsində təşkil olunacaq tədbirlər müzakirə edilib, qurumlar arasında vəzifə bölgüsü, əməkdaşlıq və koordinasiya məsələləri dəyərləndirilib.
UNESCO-nun Dünya İrs Siyahısına daxil edilən Ani şəhəri 1064-cü il avqustun 16-da Sultan Alparslan tərəfindən fəth olunub. Anadolunun türkləşməsi tarixində mühüm dönüş nöqtəsi hesab edilən bu hadisənin 962-ci ildönümü Qarsda müxtəlif tədbirlərlə qeyd olunacaq.






İlk şərhi yaza bilərsiniz