BAYRAQDAR MEDİA – Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhəri və Quba rayonu ərazisində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “araşdırma zamanı Bakı şəhəri Yeni Suraxanı qəsəbəsi Mikayıl Müşfiq küçəsində, Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Həsrət Ağamalıyev küçəsində və Quba rayonu Zərdabi qəsəbəsi ərazisində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 19 min 460 manat məbləğində ziyan dəydiyi müəyyən edilib”.
Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.






İlk şərhi yaza bilərsiniz