BAYRAQDAR MEDİA – Güclü küləyin təsiri nəticəsində aşan ağacın altında qalan şəxs Səhiyyə Nazirliyinin (SN) Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna hospitalizasiya olunub.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SN-in mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “aparılan müayinələr nəticəsində pasiyentə sağ mil sümüyünün distal ucunun oynaqdaxili sınığı diaqnozu qoyulub. Həkimlər tərəfindən zəruri tibbi yardım göstərilib və sınıq gips longetlə fiksasiya olunub. Pasiyentin vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb. Ona ev şəraitində müalicə və tibbi nəzarətlə bağlı müvafiq tövsiyələr verilib”.
Vətəndaşlara küləkli hava şəraitində iri ağacların, köhnə tikililərin və təhlükə yarada biləcək digər konstruksiyaların yaxınlığında dayanmamaq, zərurət olmadıqda isə açıq havada uzun müddət qalmamaq tövsiyə olunub.










İlk şərhi yaza bilərsiniz