BAYRAQDAR MEDİA – Erciyes Universitetinin Betül-Ziya Eren Genom və Kök Hüceyrə Mərkəzi (GENKÖK) Türkiyə Səhiyyə Nazirliyinin Türkiyə Dərman və Tibbi Cihazlar Qurumundan klinik istifadə üçün mezenximal kök hüceyrə ekzosomu istehsalına icazə alıb. Bununla da universitet ekzosom istehsalı üzrə rəsmi icazəyə malik Türkiyənin yeganə dövlət ali təhsil müəssisəsinə çevrilib. İcazə istehsal sahələri, keyfiyyət idarəetməsi, texniki infrastruktur və mütəxəssis potensialının ətraflı yoxlanılmasından sonra verilib.
Universitet rəhbərliyi bu nailiyyətin regenerativ tibb və səhiyyə biotexnologiyası sahəsində ölkə üçün mühüm mərhələ olduğunu bildirib. Yeni imkan innovativ müalicə üsullarının inkişafına və klinik tədqiqatların genişlənməsinə töhfə verəcək.






İlk şərhi yaza bilərsiniz