Press "Enter" to skip to content

“Picksoft Bilişim Teknolojiler” şirkətinin nümayəndəsi MEK-də olub

“Picksoft Bilişim Teknolojiler” şirkətinin nümayəndəsi MEK-də olub

BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Türkiyənin “Picksoft Bilişim Teknolojiler” şirkətinin layihə üzrə meneceri Oğuz Akpınarla görüş keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “görüş MEK rəhbərliyinin bu il Türkiyənin İstanbul şəhərinə işgüzar səfəri zamanı yaradılan əməkdaşlıq əlaqələrinin davamı olaraq təşkil edilib. Görüşdə MEK-in Rəqəmsallaşma, innovasiya və elektron xidmətlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Oruc Quliyev və Kitabxana resurslarının rəqəmsallaşdırılması və idarə edilməsi şöbəsinin müdiri, riyaziyyat üzrə fəlsəfə doktoru Azad Qurbanov iştirak ediblər. Qonaq əvvəlcə MEK-in fondları və şöbələri, müasir kitabxana xidmətləri, elektron resursların idarə olunması, rəqəmsallaşdırma istiqamətində həyata keçirilən layihələr, eləcə də kitabxanada tətbiq olunan innovativ texnoloji həllərlə tanış olub”.

Sonra xəbərdə, “daha sonra O.Akpınar təmsil etdiyi “Picksoft Bilişim Teknolojiler” şirkətinin fəaliyyət istiqamətləri, həyata keçirilən layihələr, kitabxanalarda süni intellekt və müasir informasiya texnologiyalarına əsaslanan rəqəmsal innovasiyaların tətbiqi və perspektivləri barədə ətraflı məlumat verib. Görüş zamanı gələcək əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb” deyə qeyd edilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.