Press "Enter" to skip to content

 Ağdərədə birgə əmək yarmarkası keçiriləcək

BAYRAQDAR MEDİA – Avqustun 11-i saat 9-da Qarabağ Regional Məşğulluq filialının dəstəyi ilə Ağdərə rayonunda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Talış kəndində yerləşən mobil bazasının inzibati binasında əmək yarmarkası keçiriləcək.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, əmək yarmarkasına ANAMA tərəfindən Ağdərə rayonu üzrə 9 vakansiyanın çıxarılması nəzərdə tutulub. Vakansiyalar: minaaxtaran, qabyuyan və xadimə.

Məlumatda deyilir ki, əmək yarmarkasına gələn namizədlər şəxsiyyət vəsiqələrini təqdim etməlidirlər. Namizədlərin CV nümunəsi gətirmələri arzuolunandır.

Vakansiyalar və iş öhdəlikləri haqqında daha ətraflı məlumat əmək yarmarkasında iştirak edən şəxslərə təqdim olunacaq.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.