BAYRAQDAR MEDİA – Təbrizin mərkəzi zindanında saxlanılan milli fəallar Rza Səlimi, Əmin Tağızadə və Səməd Heydəri həbsxananın 15-ci bölməsinə salınıblar. Məlumata görə, bu addım fəallara qarşı təzyiq vasitəsi kimi dəyərləndirilir.
Xəbəri “Azad İran” Telegram kanalı Güney Azərbaycan Demokratik Türk Birliyinə istinadla yayıb.
Xəbərdə deyilir ki, “zindanın 15-ci bölməsində əsasən narkotik istifadəçiləri və narkotik qaçaqmalçılığında ittiham olunan şəxslər saxlanılır”.
Bildirilib ki, “Səməd Heydəri, Əmin Tağızadə və Rza Səlimi “ölkənin milli təhlükəsizliyinə qarşı əlbir olmaq” və “dövlət quruluşuna qarşı təbliğat aparmaq” ittihamları ilə ümumilikdə 12 il 9 ay müddətinə azadlıqdan məhrum ediliblər”.






İlk şərhi yaza bilərsiniz