Press "Enter" to skip to content

Yanğın təhlükəsizliyi üzrə zəruri tədbirlər – VİDEO

Yanğın təhlükəsizliyi üzrə zəruri tədbirlər

BAYRAQDAR MEDİA – Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin olunması istiqamətində zəruri tədbirlərin görülməsini davam etdirir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya FHN-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırılmaqla, yaratdığı yanğın təhlükəsinin qarşısının alınması məqsədilə Bakı şəhəri Səbail rayonunun Gülbala Əliyev, Xətai rayonunun Orxan İsmayılov küçələrində, Xəzər rayonunun Binə Atçılıq yaşayış massivində, Sumqayıt şəhəri Çerkassı, Nizami, Səməd Vurğun və Mirzə Ələkbər Sabir küçələrində, Corat qəsəbəsinin Sahil küçəsində, Gəncə şəhəri 28 May küçəsində, Bakı-Sumqayıt avtomobil yolunun Abşeron rayonu, Masazır qəsəbəsindən keçən hissəsində və Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Saatlı rayonu, Bəylər kəndindən keçən hissəsində magistral yolun kənarında, Qax rayonunun Ləkit kəndində meşə kənarında, Masallı rayonunun Heydər Əliyev prospektində, Bərdə rayonunun Sənaye küçəsində, Həsənqaya kəndində, Ağcabədi rayonunun Hacıbədəlli kəndində, Biləsuvar rayonunun Üzeyir Hacıbəyov küçəsində, Sabirabad rayonunun İlham İsgəndərov küçəsində, Neftçala rayonunun Üzeyir Hacıbəyov küçəsində, Balakən rayonunun Qarahacılı, Katex və Qaysa kəndlərində, Ağdaş rayonunun Ərəb kəndində, İsmayıllı rayonunun Talıstan kəndində, Qəbələ rayonunun 9 Noyabr küçəsində, Şəki rayonunun Oraban kəndində, Yevlax şəhərinin Mirzə Şəfi Vazeh küçəsində, Quba rayonunun Dəvədabanı yaşayış massivində quru ot, kol-kos və məişət tullantıları olan sahələrin təmizlənməsi işi həyata keçirilib”.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.