Press "Enter" to skip to content

Erciyes Universitet akademiklərindən Türkiyədə ilk

BAYRAQDAR MEDİA – Erciyes Universiteti akademiklərinin elmi fəaliyyəti süni intellekt texnologiyaları ilə birləşərək səhiyyə sahəsində Türkiyədə bir ilkə imza atıb. Universitet müəllimlərinin də tərəfdaşları arasında olduğu Nöral Bilişim Teknolojileri A.Ş. tərəfindən “DEHB və Disleksiyanın Qiymətləndirilməsində Süni İntellekt Dəstəkli Diaqnostika Dəstək Sistemi” hazırlanaraq istifadəyə verilib.

Erciyes Teknoparkında fəaliyyət göstərən şirkəti ziyarət edən Erciyes Universitetinin rektoru professor Fatih Altun sistemin iş prinsipi, istifadə sahələri və aparılan Ar-Ge işləri barədə məlumat alıb. TÜBİTAK-ın 1512 Sahibkarlığa Dəstək Proqramı çərçivəsində yaradılan şirkətin tərəfdaşları arasında universitetin müəllimləri professor Fatma Latifoğlu və professor Esra Demirci də yer alırlar. Yeni sistem diqqət çatışmazlığı və hiperaktivlik pozuntusu (DEHB) ilə disleksiyanın qiymətləndirilməsi proseslərini süni intellekt texnologiyaları ilə dəstəkləyir. Türkiyədə ilk dəfə tətbiq olunan sistemin qiymətləndirmə proseslərinin daha sistemli, sürətli və əhatəli aparılmasına, mütəxəssislərin qərarvermə proseslərinin isə elmi məlumatlarla dəstəklənməsinə töhfə verməsi gözlənilir.

Təqdimat zamanı sistemin elmi bazası, süni intellekt əsaslı analiz imkanları, mövcud istifadə sahələri və gələcək inkişaf istiqamətləri barədə məlumat verilib. Rektor Fatih Altun akademik biliklərin texnoloji məhsula və ictimai faydaya çevrilməsinin əhəmiyyətini vurğulayaraq layihədə iştirak edən alimləri və şirkət rəhbərlərini təbrik edib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.