BAYRAQDAR MEDİA – Ötən gün Ağsu rayonunun Ərəbmehdibəyli kəndi, Cəlilabad rayonunun Alar kəndi, Sabirabad rayonunun Nərimankənd kəndi və Saatlı rayonunun Qaracalar kəndi ərazilərində yanğın hadisələri törədən şəxslər polis əməkdaşları tərəfindən müəyyən ediliblər.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə diqqətə çatdılır ki, “araşdırmalar nəticəsində yanğının həmin rayonların sakinləri – H.Məmmədov, F.Fərəcov, M.Əzizov, S.Şahəliyev və R.Mecdinov tərəfindən törədildiyi məlum olub. Yanğın hadisələri nəticəsində ümumilikdə 2 hektara yaxın sahədə biçilmiş əkin sahəsi və kol-kos yanıb. Həmin şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb”.






İlk şərhi yaza bilərsiniz