Press "Enter" to skip to content

AZAL-ın Atırauya ilk uçuşu

AZAL-ın Atırauya ilk uçuşu

BAYRAQDAR MEDİA – AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları (AZAL) Qazaxıstanın Atırau şəhərinə ilk reysini uğurla həyata keçirib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya AZAL-ın mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “yeni marşrut Azərbaycan ilə Qazaxıstan arasında hava nəqliyyatı əlaqələrinin daha da genişləndirilməsi, işgüzar və turizm səfərlərinin təşviqi, eləcə də iki ölkə arasında iqtisadi və humanitar əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində növbəti mühüm addımdır. Bakı–Atırau–Bakı marşrutu üzrə uçuşlar həftədə dörd dəfə – bazar ertəsi, çərşənbə axşamı, cümə və bazar günləri yerinə yetiriləcək. Yeni istiqamət sərnişinlərə Qərbi Qazaxıstanın əsas iqtisadi mərkəzlərindən biri olan Atırauya rahat və birbaşa səyahət imkanı yaradacaq”

Daha sonra xəbərdə, “Qazaxıstan AZAL-ın beynəlxalq marşrut şəbəkəsində prioritet istiqamətlərdən biridir. Aviaşirkət iki ölkə arasında artan mobilliyi və bazar tələbatını nəzərə alaraq Qazaxıstan üzrə uçuş coğrafiyasını mütəmadi şəkildə genişləndirir. Bununla, ölkənin milli aviadaşıyıcısı sərnişinlərə daha çox seçim və rahat səyahət imkanları təqdim edir, eyni zamanda Azərbaycan ilə Mərkəzi Asiya arasında hava nəqliyyatı əlaqələrinin inkişafına töhfə verir” deyə bildirilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.