BAYRAQDAR MEDİA – Azərbaycan və Bolqarıstanın müdafiə nazirlikləri arasında 2026-cı il üçün imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, “Hərbi qulluqçuların mədəni və sosial məsələlərinin mübadiləsi, həmçinin tətil, məzuniyyət və istirahət müəssisələrinin qarşılıqlı və səmərəli istifadəsinə dair” işçi görüşü keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd olunur ki, “MN-in Şəxsi Heyət Baş İdarəsinin İdeoloji Təminat İdarəsində keçirilən görüşdə Azərbaycan Ordusunda hərbi qulluqçuların asudə vaxtının səmərəli təşkil edilməsi sahəsində görülən işlər barədə məlumat verilib və bu istiqamətdə mövcud əməkdaşlığın inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Tədbirin sonunda hədiyyə mübadiləsi aparılıb və xatirə fotosu çəkdirilib”.





İlk şərhi yaza bilərsiniz