Abdullah Eren: Buna görə də TİKA-da çalışan həmkarlarıma deyirəm: sizin gördüyünüz hər iş bir sədəqəyi-cariyədir
BAYRAQDAR MEDİA – “Bu gün dünyada təxminən 8 milyard insan yaşayır. Bəşər tarixində heç vaxt bu qədər çox insan Yer üzündə yaşamayıb. Biz bir-birimizi daha çox görür, daha çox danışırıq, amma bir-birimizi daha az eşidirik. Bir-birimizi bəlkə də daha çox görürük, lakin daha az anlayırıq”.
Bunu Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) rəhbəri Abdullah Eren Bakı Türk Anadolu Liseyində Robotik kodlaşdırma laboratoriyasının açılış mərasimindəkı çıxışında deyib.
O qeyd edib ki, belə bir dünyada dünyanı daha yaşanmalı və daha yaxşı bir məkana çevirmək üçün çalışan insanların olması bizim inancımıza görə də mühüm vəzifədir: “Yaxşılıq edən, yaxşılığa çağıran və pislikdən çəkindirən insanların olması dünyanın sabitliyi baxımından çox vacibdir. Türkiyə də məhz bunu etməyə çalışır. TİKA isə bu fəaliyyəti institusional şəkildə həyata keçirən qurumlardan biridir. Buna görə də TİKA-da çalışan həmkarlarıma deyirəm: sizin gördüyünüz hər iş bir sədəqəyi-cariyədir”.






İlk şərhi yaza bilərsiniz