Press "Enter" to skip to content

Cəmiyyətlər buna hazır olmalıdır

Abdullah Eren

Abdullah Eren: Son 40 ildə yaşadığımız internet inqilabı və xüsusilə son beş ildə içində olduğumuz süni intellekt inqilabı bizi gözlənilməz istiqamətlərə apara bilər

BAYRAQDAR MEDİA – “Son iki əsrdə sənaye və texnoloji inkişaf davamlı olaraq bəşəriyyətin taleyini müəyyənləşdirib. Lakin düşünürük ki, son 40 ildə yaşadığımız internet inqilabı və xüsusilə son beş ildə içində olduğumuz süni intellekt inqilabı bizi gözlənilməz istiqamətlərə apara bilər. Cəmiyyətlər buna hazır olmalıdır”.

Bunu Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) rəhbəri Abdullah Eren Bakı Türk Anadolu Liseyində Robotik kodlaşdırma laboratoriyasının açılış mərasimindəkı çıxışında deyib.

Onun sözlərinə görə, artıq dövlətlərin milli təhlükəsizliyi ilə bağlı məsələlər də gündəmə gəlir: “Biz övladlarımızı ayaqları yerə möhkəm basan, milli düşüncəyə sahib olmaqla yanaşı, bütün bəşəriyyətə açıq olan, insana dəyər verən mühəndislər kimi yetişdirməliyik. Bu uşaqlar mühəndis olduqları zaman yalnız istedadlı deyil, həm də əxlaqlı, vicdanlı və məsuliyyətli insanlar olmalıdırlar. Onların bir qismi mühəndis olacaq, bir qismi isə başqa sahələrdə fəaliyyət göstərəcək. Bəziləri, xüsusilə müdafiə sənayesi başda olmaqla, yüksək texnologiyalar sahəsində çalışacaqlar. Amma ümid edirəm ki, dəyərli müəllimlərimiz, onların əxlaqlı, vicdanlı və məsuliyyətli fərdlər kimi yetişməsi üçün əlindən gələn bütün səyləri göstərəcəklər”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.