Press "Enter" to skip to content

Gəncədə Oftalmologiya şöbəsi müasir avadanlıqlarla təchiz edilib

Müasir diaqnostik müayinələr aparılır

BAYRAQDAR MEDİA – TƏBİB tərəfindən Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində fəaliyyət göstərən Z.Məmmədov adına xəstəxananın Oftalmologiya şöbəsi müasir tələblərə cavab verən yeni tibbi avadanlıqlarla təchiz edilib.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, görülən işlər Gəncə şəhəri, habelə ətraf rayonların sakinləri üçün müasir və keyfiyyətli oftalmoloji xidmətlərin əlçatanlığının artırılmasına imkan yaradır. Hazırda şöbədə peşəkar tibb heyəti tərəfindən fakoemulsifikasiya üsulu ilə katarakta əməliyyatları, həmçinin qlaukoma və göz qapaqları əməliyyatları, Avastin inyeksiyaları, eləcə də müxtəlif lazer prosedurları – Argon lazer fotokoaqulyasiyası və YAG lazer tətbiqləri uğurla həyata keçirilir.

Bununla yanaşı, şöbədə uşaqlarda və böyüklərdə gözün ön, arxa seqmentlərinin daha dəqiq diaqnostikası məqsədilə tonometriya, avtorefraktometriya, biometriya, buynuz qişanın topoqrafiyası, biomikroskopiya, perimetriya, optik koherent tomoqrafiya (OCT), fundus angioqrafiyası, gözün ultrasəs müayinəsi və digər müasir diaqnostik müayinələr aparılır.

Görülən tədbirlər region sakinlərinin müasir, keyfiyyətli və əlçatan oftalmoloji xidmətlərlə təmin olunmasına, göz xəstəliklərinin erkən diaqnostikası və müalicəsi imkanlarının genişləndirilməsinə xidmət edir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.