Press "Enter" to skip to content

Abdullah Eren: Türkiyə heç bir sahəni, heç bir coğrafiyanı diqqətdən kənarda qoymur

Abdullah Eren

BAYRAQDAR MEDİA – “Türkiyə heç bir sahəni, heç bir coğrafiyanı diqqətdən kənarda qoymur. Biz bunu yalnız öz maraqlarımız naminə həyata keçirən ölkə deyilik. Biz tarixi və mədəni keçmişimiz, Türk-islam sivilizasiyasının bəşəriyyətin inkişafına verdiyi töhfələrlə bu gün beynəlxalq siyasətdə özünəməxsus mövqeyə sahibik”.

Bunu Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) rəhbəri Abdullah Eren Bakı Türk Anadolu Liseyində Robotik kodlaşdırma laboratoriyasının açılış mərasimindəkı çıxışında deyib.

“Dünyanın harasına getsəniz, Türkiyəyə, türk xalqına və Türkiyənin gördüyü işlərə böyük maraq və rəğbət olduğunu görərsiniz. Mərkəzi Amerikadan Güney Amerikaya, Quzey Afrikadan Səhradan güneydə yerləşən Afrika ölkələrinə, Asiya-Sakit okean regionundan yaxın coğrafiyamız olan Balkanlara, Türk dünyasından Yaxın Şərqə qədər dünyanın müxtəlif bölgələrində bunun şahidi oluruq” , – deyə TİKA başqanı qeyd edib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.