Press "Enter" to skip to content

İstanbulda turizmlə bağlı beynəlxalq tədbir

Tədbirdən foto

BAYRAQDAR MEDİA– Azərbaycan Turizm Bürosunun (ATB) Türkiyədəki rəsmi nümayəndəlik ofisi 10-11 sentyabr tarixlərində İstanbulda keçirilən “GlobeMeets B2B Networking Event 2026” tədbirində tərəfdaş ölkə qismində Azərbaycanı təmsil edib.

Bu barədə Dövlət Turizm Agentliyindən məlumat verilib.

Bildirilib ki, tədbirdə Azərbaycanın mədəniyyət, qastronomiya, lüks səyahət, təbiət, sağlamlıq, işgüzar turizm (MICE) imkanları və qonaqpərvərlik ənənələri Türkiyədən və dünyanın müxtəlif ölkələrindən olan turizm sənayesi nümayəndələrinə təqdim olunub.

İstanbuldan olan mindən çox səyahət agentliyi, həmçinin 20 ölkədən 250 beynəlxalq alıcının iştirakı ilə işgüzar görüşlər və şəbəkələşmə sessiyaları keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının İstanbul şəhərindəki baş konsulu Zamin Əliyev iştirak edib. O, çıxışında Azərbaycan və Türkiyə arasında mədəniyyət və turizm sahələrində əlaqələrə toxunub.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.