Press "Enter" to skip to content

Xalq artistinin 95 illiyinə həsr olunmuş konsert

Xalq artistinin 95 illiyinə həsr olunmuş konsert

BAYRAQDAR MEDİA – Sentyabrın 10-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında vokal məktəbinin görkəmli nümayəndəsi, Xalq artisti, Prof. Mobil Əhmədovun anadan olmasının 95 illiyi ilə əlaqədar “Ustadımın yolu ilə. Operetta inciləri” adlı konsert keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Teatrın mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “sənətkarın layiqli davamçısı Əməkdar artist, tanınmış opera ifaçısı Ramil Qasımovun və Musiqili Teatrın kollektivinin təşəbbüsü ilə keçirilən konsertin rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, xormeysteri Əməkdar artist Vaqif Məstanovdur. Tədbirdə Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Xalq artisti Polad Bülbüloğlu və Milli Məclis sədrinin müavini, akademik Rafael Hüseynov çıxış edərək M.Əhmədovun həyat və yaradıcılığından, onun Azərbaycan mədəniyyətinə verdiyi töhfələrdən söz açıb, sənətkarla bağlı xatirələrini bölüşüblər”.

Daha sonra xəbərdə, “yubiley gecəsində əməkdar artistlər Nərgiz Kərimova, Səidə Şərifəliyeva, Ələkbər Əliyev, vokal artistləri Eleanora Mustafayeva, Aydan Həsənova, eləcə də teatrın xor kollektivi iştirak edib. Arif Məlikov, P.Bülbüloğlu, Hacı Xanməmmədov, Vasif Adıgözəlov, Cahangir Cahangirov, Səid Rüstəmov, Ramiz Mustafayev, Süleyman Ələsgərov, Azər Rzayev, Tofiq Quliyev, Əşrəf Abbasov və digər tanınmış Azərbaycan bəstəkarlarının əsərlərindən seçilmiş ariya və duetlərin səsləndirildiyi, sənətkarın zəngin irsinə ehtiramın ifadəsi olan konsert tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Sonda M.Əhmədovun qızı Nigar Əhmədova gecənin təşkilatçılarına və atasının xatirəsinə ehtiram göstərən hər kəsə təşəkkürünü bildirib” deyə diqqətə çatdırılır.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.