Press "Enter" to skip to content

Yeni Klinikada ilk dəfə mexaniki trombektomiya icra edilib

BAYRAQDAR MEDİA – Yeni Klinikada kəskin işemik insultun müalicəsində mexaniki trombektomiya ilk dəfə uğurla icra edilib.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, 1950-ci il təvəllüdlü qadın pasiyent kəskin nevroloji əlamətlərlə xəstəxanaya müraciət edib. Müayinələr zamanı sağ orta beyin arteriyasının tromboemboliyası aşkarlanıb. İnvaziv radioloq Ağakişi Yəhyayev tərəfindən pasiyentə təcili mexaniki trombektomiya icra olunub. Tromb damardan çıxarılaraq beynin qan dövranı bərpa edilib.

Müdaxilədən sonra pasiyentin müalicəsi İnsult Mərkəzinin şöbə müdiri Minarə Çərkəzzadə və həkim-nevroloq Emin Nəsirovun nəzarəti altında davam etdirilib. Nevroloji əlamətləri tam aradan qalxan pasiyent 5 günlük stasionar müalicədən sonra evə buraxılıb.

Qeyd edək ki, tibb müəssisəsində icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində ilk dəfə icra olunan mexaniki trombektomiya insult zamanı tıxanmış beyin damarının açılmasına və qan dövranının bərpasına imkan verən müasir müalicə üsuludur.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.