Press "Enter" to skip to content

Orxan Fikrətoğlunun “Dalandar D” kitabının təqdimat mərasimi keçirilib

Tədbir zamanı

BAYRAQDAR MEDİA – Sentyabrın 26-da  “Litera” kitab evində yazıçı-publisist, ssenarist Orxan Fikrətoğlunun “Dalandar D” adlı yeni kitabının təqdimat mərasimi keçirilib.

“Füyuzat” xəbər verir ki, kitab Milli Mədəni İrsi Tarixi Araşdırmalar (MİMTA) Fondunun nəzdində fəaliyyət göstərən “MİMTA Yayımları”nda nəşr olunub.

Müəllif Orxan Fikrətoğlu kitab haqqında danışarkən bildirib: “Bu kitabdakı personajlar, hadisələr keçmişdən bu günə süzülən milli yaddaşın bir əksidir. Bu hekayələrin hər birində sətiraltı məna var. Mənim ortaya qoymağa çalışdığım ədəbiyyat nümunələri o mənanı hədəfləyir. Bu anlamda ədəbiyyat mənim ilk və son dayanacağımdır”.

“MİMTA Yayımları”nın direktoru Əsəd Aslanoğlu kitabın çap prosesi haqqında məlumat verib. O, bildirib ki, əsərdə hadisələri yazmaqdan daha çox, sanki göstərməyə üstünlük verilib. Kitabda müxtəlif mövzulara toxunulub və müəllif həmin mövzulara fərqli yanaşma ortaya qoyub. Müxtəlif hekayələrin toplandığı “Dalandar D” dövrü və cəmiyyəti həssaslıqla müşahidə esə bilən bir intellektualın yaratdığı bədii təsvirdir”.

Kitabsevər Çingiz Mustafayev çıxışında bildirib ki, Orxan bəyin kitabındakı hekayələrin gələcəkdə filmlər çərçivəsində ictimaiyyətə təqdim olunması planlaşdırılır.Tədbirdə çıxış edən ədəbiyyat xadimləri, ictimaiyyət və sənət adamları müəllif və onun əsərləri haqqənda öz fikirlərini paylaşıb, yazıçıya yeni yaradıcılıq uğurları arzulayıblar.

Tədbirin sonunda imza saatı keçirilib və xatirə şəkilləri çəkdirilib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.