BAYRAQDAR MEDİA – Antakyanın köklü qastronomiya mədəniyyətində tanınan Gani Döner gənc sahibkar Abdulgani Sayın tərəfindən 2013-cü ildə yaradılıb. Müəssisə özünəməxsus dadı və xidmət anlayışı ilə qısa müddətdə şəhərdə tanınıb. 6 fevral zəlzələlərindən əvvəl Balıkçılar Çarşısı ərazisində fəaliyyət göstərən Gani Döner dağıntılara baxmayaraq şəhəri tərk etməyib.
Bu barədə pressnews.tr saytı məlumat yaylb.
Məlumata görə, çətin dövrdən sonra fəaliyyətini bərpa edən müəssisə Süreyya Halefoğlu küçəsində, Muzey Otelin qarşısında yenidən fəaliyyətə başlayıb. Yeni məkanda mütəxəssis heyəti, gülərüz xidmət, gigiyena qaydaları və qonaqlara hörmət əsas prinsiplər kimi təqdim olunur. Müəssisə həm Antakya və Hatay sakinlərinin, həm də şəhərdən kənardan gələn qonaqların müraciət etdiyi ünvanlardan birinə çevrilib. Sahibkar Abdulgani Sayın keyfiyyətli məhsullardan istifadə etdiklərini və müştəri məmnuniyyətini daim ön planda saxladıqlarını bildirib.






İlk şərhi yaza bilərsiniz