Press "Enter" to skip to content

Qusarda “Diqqət, uşaqlar!” aylığı çərçivəsində maarifləndirici görüş

Qusarda “Diqqət, uşaqlar!” aylığı çərçivəsində maarifləndirici görüş

BAYRAQDAR MEDİA – “Diqqət, uşaqlar!” devizi altında keçirilən təhlükəsizlik aylığı çərçivəsində Qusar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin təşkilatçılığı ilə rayonun 6 nömrəli tam orta məktəbində məktəblilər üçün maarifləndirici görüş təşkil olunub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd olunur ki, “görüşün əsas məqsədi şagirdlərə küçə və yollarda təhlükəsiz davranış qaydalarını aşılamaq, yol hərəkəti iştirakçıları kimi onların məsuliyyətini artırmaq olub. Tədbirdə çıxış edən polis əməkdaşları məktəblilərə yol hərəkəti təhlükəsizliyi, sürücü-piyada münasibətləri, nizamlanan və nizamlanmayan piyada keçidlərindən düzgün istifadə, işıqfor siqnallarının tələbləri barədə ətraflı məlumat veriblər. Həmçinin velosiped və elektroskuter sürücülərinin, eləcə də sərnişinlərin riayət etməli olduqları qaydalar diqqətə çatdırılıb. Sonda şagirdlərin mövzu ilə bağlı sualları cavablandırılıb və yol hərəkəti təhlükəsizliyi ilə bağlı faydalı tövsiyələr verilib”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.