BAYRAQDAR MEDİA – Karsın Kağızman rayonunda doğulan xalq ozanı və bəstəkar Sadık Miskini İğdırın Tuzluca rayonunda yerləşən tarixi Qızıl Qalanın zirvəsində özünün “Dağlar Oy Dağlar” adlı mahnısını ifa edib. İğdır və Kağızmandan gələn təbiətsevərlər Ermənistan sərhədində yerləşən tarixi Qızıl Qalaya yürüş təşkil ediblər.
Bu barədə igdirhaber.net saytı məlumat yayıb.
Bildirilib ki, tədbirə qatılan Sadık Miskini də təbiətsevərlərlə birlikdə çətin yürüşdən sonra qalanın zirvəsinə qalxıb. Zirvədə fasilə verən Miskini və İğdırdan gələn səkkiz nəfərlik dağçı qrupu möhtəşəm mənzərə fonunda musiqi təqdimatı keçirib.
Sözləri Sadık Miskiniyə, musiqisi isə Binalı Buluta məxsus olan “Dağlar Oy Dağlar” əsəri qalanın zirvəsində səsləndirilib. Ozanın ifası zirvədən Ermənistan və Araz vadisinə açılan mənzərə fonunda ətrafa yayılıb. Təbiət və sənətin bir araya gəldiyi tədbir iştirakçılar üçün yaddaqalan anlarla yadda qalıb, Qızıl Qalanın tarixi və təbii gözəlliklərini bir daha diqqətə çatdırıb.






İlk şərhi yaza bilərsiniz