BAYRAQDAR MEDİA – Sentyabrın 30-da doğma yurduna yola salınan köç karvanı Xocalı şəhərinə çatıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (QMKİDK) mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “bu mərhələdə Xocalı şəhərinə köçən 78 nəfərdən ibarət 17 ailəyə mənzillərinin açarları təqdim edilib. Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəliyinin, QMKİDK-nin nümayəndələri iştirak ediblər”.






İlk şərhi yaza bilərsiniz