Press "Enter" to skip to content

Şuşada Azərbaycan-Türkiyə müdafiə nazirlərinin görüşü

Şuşada Azərbaycan-Türkiyə müdafiə nazirlərinin görüşü

BAYRAQDAR MEDİA – Müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 2-də Azərbaycanda rəsmi səfərdə olan Türkiyənin milli müdafiə naziri Yaşar Güler ilə görüşüb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində keçirilən görüş zamanı iki ölkə arasında mövcud olan qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin hərbi sahə də daxil olmaqla, bütün istiqamətlərdə dinamik inkişaf etdiyi qeyd olunub. Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın miqyasının genişləndirilməsinin dövlət rəhbərlərinin daimi nəzarətində olduğu xüsusilə diqqətə çatdırılıb”.

Daha sonra xəbərdə, “müdafiə nazirləri hərbi qulluqçuların iştirakı ilə keçirilən “Birliyin Gücü-2026” birgə hərbi təliminin və bu cür görüşlərin əhəmiyyətini vurğulayaraq tərəfdaşlığın gələcəkdə də müvəffəqiyyətlə davam etdiriləcəyinə əminliklərini bildiriblər. İkitərəfli görüşdə hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlıq məsələləri, eləcə də regional təhlükəsizlik və bölgədə dayanıqlı sülhün təmin olunması yolları müzakirə edilib” deyə qeyd olunur.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.