Press "Enter" to skip to content

Əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib

Görüş zamanı

BAYRAQDAR MEDİA – İqtisadiyyat naziri Mikayıl Cabbarov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Biznes, İnnovasiya, Elm və Ticarət Nazirliyinin Ticarət üzrə dövlət naziri, Lordlar Palatasının üzvü Lord Anas Sarvar ilə görüşüb.

Bu barədə nazirlikdən məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycan ilə Birləşmiş Krallıq arasında ikitərəfli iqtisadi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, biznes dairələri arasında tərəfdaşlığın gücləndirilməsi və yeni iqtisadi imkanların araşdırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Rəqəmsal iqtisadiyyat və innovasiya sahələrində əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib. Həmçinin Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın fəaliyyəti çərçivəsində iqtisadi-ticarət əlaqələrinin daha da inkişaf etdirilməsi məsələləri müzakirə olunub.

Tərəflər qarşılıqlı iqtisadi əlaqələrin şaxələndirilməsi, biznes subyektləri arasında birbaşa əməkdaşlığın genişləndirilməsi və yeni birgə təşəbbüslərin reallaşdırılması üçün mövcud potensialdan səmərəli istifadənin vacibliyini qeyd ediblər.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.