BAYRAQDAR MEDİA – Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Qazax-Tovuz regional bölməsinın əməkdaşları tərəfindən Şəmkir şəhəri, 20 Yanvar küçəsində fəaliyyət göstərən, “Həbibli-1” MMC-yə məxsus bazarda yoxlama keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya AQTA-nın mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd edilir ki, “bazarda sanitariya norma və qaydalarının, eləcə də texniki normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. Baxış zamanı ət, süd və balıq məhsullarının temperatur rejiminə əməl edilmədiyi, müşayiətedici sənədləri və mənşəyi məlum olmayan məhsulların satışa çıxarıldığı, məhsulların saxlanılması üçün xüsusi soyuducuların təmin edilmədiyi, müvafiq təmizlik işlərinin aparılmadığı və digər ciddi nöqsanlar aşkarlanıb”.
Faktla bağlı inzibati protokol tərtib olunub və bazarın fəaliyyəti nöqsanlar aradan qaldırılanadək nəzarətə götürülüb.






İlk şərhi yaza bilərsiniz