Press "Enter" to skip to content

Sərgi: “Tarixə toxunan”

Sərgi: “Tarixə toxunan”

BAYRAQDAR MEDİA – Azərbaycan Milli Xalça Muzeyində Bakı-2026 cüdo üzrə dünya çempionatına həsr olunmuş “Tarixə toxunan” adlı sərgi açılıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Cüdo Federasiyasından (ACF) daxil olub.

Xəbərdə deyilir ki, “ekspozisiyada mundialın açılış mərasimində yer almış, Azərbaycan xalçaçılıq ənənələrindən ilhamlanaraq hazırlanmış səkkiz səhnə geyimi və onların yaradılmasına əsas verən tarixi xalçalar təqdim olunub. Dizayner Ləman Süleymanovanın yaradıcı yanaşması ilə Azərbaycan xalçalarına xas ornament və rənglər müasir səhnə geyimlərində yeni ifadə qazanıb. Tarixi xalça nümunələri ilə onlardan ilhamlanaraq hazırlanan geyimlərin birgə nümayişi milli irslə müasir səhnə sənəti arasındakı əlaqəni əks etdirib”.

Daha sonra xəbərdə, “sərginin əsas məqsədlərindən biri Azərbaycan cüdosunu yalnız idman nailiyyətləri ilə deyil, ölkənin mədəni həyatının bir parçası kimi təqdim etməkdir. Dünya çempionatının açılış mərasimi üçün xüsusi hazırlanmış və milli-mədəni irsi əks etdirən səhnə geyimləri ACF tərəfindən Xalça Muzeyinə hədiyyə edilib. Bununla dünya çempionatı günlərində beynəlxalq auditoriyaya təqdim olunan mədəni irsin bir hissəsinin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılması nəzərdə tutulur” deyə bildirilir.

Ekspozisiya oktyabrın 11-dək hər gün saat 10:00-dan 18:00-dək sözügedən Muzeyin sərgi salonunda ziyarətçilər üçün açıq olacaq.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.