Press "Enter" to skip to content

Bethovenin vəfatının 200-cü ildönümünə həsr olunan konsert

Konsert zamanı

BAYRAQDAR MEDİA – Eskişehir Böyükşəhər Bələdiyyəsi Simfonik Orkestri 2026-2027-ci il sənət mövsümündə Lüdviq van Bethovenin vəfatının 200-cü ildönümünə həsr olunmuş konsert silsiləsinin ilk proqramını təqdim edib.

Bu barədə sakaryagazetesi.com.tr sayt məlumat yayıb.

Bildirilib ki, orkestr Orhun Orhonun dirijorluğu ilə çıxış edib, solistlər isə soprano Greta Fini və pianoçu Cihan Yücel olublar. Konsertin ilk hissəsində Volfqanq Amadey Motsart və Antonio Salierinin seçilmiş ariyaları səsləndirilib. Salierinin klassik musiqi repertuarında nisbətən az ifa olunan əsərlərinin proqramda yer alması gecənin diqqətçəkən məqamlarından biri olub.

Proqramın ikinci hissəsində Bethovenin 1801-1802-ci illərdə tamamladığı 2-ci simfoniyası ifa edilib. Konsertin sonunda sənətsevərlər orkestri və solistləri uzun müddət alqışlayıblar. Orkestrin növbəti konserti oktyabrın 9-da keçiriləcək.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.