Press "Enter" to skip to content

Xaçmazda şairin ad günü qeyd edilib

Tədbirdən xatirə şəkli

BAYRAQDAR MEDİA – Ocaq Düşüncə Mərkəzi Aqşin Dadaşoğlunun rəhbərliyi ilə söz adamı, şair, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Dahi” qəzetinin baş redaktoru, saz və tar ifaçısı İbrahim Qürbətoğlunun doğum gününü qeyd edib.

Məclisdə söz, ədəbiyyat, musiqi və xatirələr ətrafında söhbətlər aparılıb, İbrahim Qürbətoğlunun yaradıcılıq yolu və sənət fəaliyyəti haqqında fikirlər səsləndirilib.

Tədbirdə Xaçmaz Rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Əskərova, Azərbaycan Yazıçılar Birliyinin Quba bölməsinin sədri Ramiz Qusarçaylı, Əməkdar jurnalist Azər Həsrət, Firudin Həvəskar, Məmməd Qədir, Cümşüd Aydəmir, Mehparə Sadıq, Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) üzvləri Kənan Rahi və Səməd Asifoğlu, qiraətçi Gülçəmən Həbibova, Nihat Məmmədli, mərkəzin baş katibi Gözəl Az Ay və digər qonaqlar iştirak ediblər. İbrahim Qürbətoğluna OCAQ Düşüncə Mərkəzinin adından və iştirakçılar tərəfindən hədiyyələr təqdim olunub.

Çıxışlarda İbrahim Qürbətoğlunun ədəbi və ictimai fəaliyyəti, Azərbaycan söz sənətinə verdiyi töhfələr diqqətə çatdırılıb. Ona möhkəm cansağlığı, uzun ömür və yeni yaradıcılıq uğurları arzulanıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.