BAYRAQDAR MEDİA – Eskişehirdəki Yunus Əmrə Dövlət Xəstəxanasının Beyin cərrahiyyəsi üzrə dosenti Zeki Serdar Ataizinin dirsəkdə sinir sıxılmasının müalicəsinə yönelik hazırladığı yeni üsul beynəlxalq səviyyədə yayımlanmaq üçün qəbul edilib.
Bu barədə sakaryagazetesi.com.tr saytı məlumat yayıb.
Bildirilib ki, yeni texnikanın dos. Dr. Ataizi tərəfindən işlənib hazırlanması və beynəlxalq elmi nəşrdə yayımlanmaq üçün qəbul edilməsi xəstəxananın mühüm elmi uğuru kimi qiymətləndirilib. Yeniliyin beynəlxalq səviyyədə təqdim olunması Eskişehir səhiyyə ictimaiyyətində də məmnunluq yaradıb.






İlk şərhi yaza bilərsiniz