Press "Enter" to skip to content

Molla rejimindən daha 5 məhkuma həbs və cəzalar

Molla rejimindən daha 5 məhkuma həbs və cəzalar

BAYRAQDAR MEDİA – Sima (Əkrəm) Əlipur, Nima Radməniş, Hüseyn İsmaili-Sumayə, Salar Tahirəfşar və Vahid Əbhəri İrənəq barəsində məhkəmə hökmləri çıxarılıb. Onlara həbs, sürgün və elektron xidmətlərdən məhrumetmə cəzası verilib.

Xəbəri “TƏBRİZ-TURAN-TV” telegram kanalı yayıb.

Xəbərdə deyilir ki, “Güney Azərbaycanlı fəallar Zabol şəhərində bir il həbs cəzasına, həmin şəhərdə iki il məcburi yaşayışa və iki il müddətinə elektron xidmətlərdən istifadə hüququndan məhrum edilməyə məhkum olunub”.

Bildirilib ki, “hökmlərdə mobil telefonlar və yaddaş qurğularındakı məlumatların bərpası, bu mümkün olmadıqda isə cihazların məhv edilməsi və SİM-kartların telekommunikasiya sistemindən silinməsi də nəzərdə tutulub. İnsan hüquqları təşkilatlarının məlumatlarına görə, Zabol həbsxanasında saxlanma şəraiti ilə bağlı ciddi problemlər mövcuddur”.

Qeyd edilib ki, “irəli sürülən ittihamlar və məhkəmə hökmlərini əsaslandıran sübutlar barədə hələlik ətraflı məlumat açıqlanmayıb”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.