Press "Enter" to skip to content

“Shirvan Open 2026” Beynəlxalq Şahmat Festivalı yekunlaşıb

“Shirvan Open 2026” Beynəlxalq Şahmat Festivalı yekunlaşıb

BAYRAQDAR MEDİA – Oktyabrın 26-da “Azərbaycan Şahmat Turu” çərçivəsində keçirilən “Shirvan Open 2026” Beynəlxalq Şahmat Festivalına yekun vurulub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya AŞF-dən daxil olub.

Xəbərdə bildirilir ki, “Gənclər və İdman Nazirliyi (GİN), Azərbaycan Şahmat Federasiyası (AŞF) və Şirvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şirvan Olimpiya İdman Kompleksində keçirilən yarışın bağlanış mərasimində qalib və mükafatçılar təltif olunublar. Festivalın bağlanış mərasimində iştirak edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov və AŞF-in prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov qalib şahmatçıları təbrik edib, onlara gələcək yarışlarda yeni-yeni uğurlar və nailiyyətlər arzulayıblar. 9 turda 7,5 xal toplayan Murad İbrahimli “Shirvan Open” festivalında A turnirinin qalibi olub. Hərəyə 7 xalı olan Namiq Quliyevlə hindistanlı şahmatçı Visakh müvafiq olaraq 2-3-cü yerləri bölüşdürüb”.

Sonra xəbərdə, “B turnirində Ümid Ələsgərov 7 xalla birincilik qazanıb. Duyğu Bağırova ikinci, Ayyub Zəkiyev üçüncü olub. Hindistan şahmatçıları Hagavane Aakanksha rapid, Visakh isə blitsdə birinci yeri tutub. 6 ölkədən 150-yə yaxın şahmatçının mübarizə apardığı beynəlxalq festival yüksək rəqabət və maraqlı şahmat anları ilə yadda qalıb. Qeyd edək ki, turnirin ümumi mükafat fondu 22 min 670 manat təşkil edib”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.