Press "Enter" to skip to content

Hava çirklənməsinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı hazırlanacaq

Hava çirklənməsinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı hazırlanacaq

BAYRAQDAR MEDİA – Prezident İlham Əliyev 4 noyabr 2026-cı il tarixində atmosfer havasının çirklənməsinə qarşı mübarizənin gücləndirilməsi ilə bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən İqlim Dəyişmələri və Atmosfer Havasının Mühafizəsi üzrə Dövlət Komissiyası 2028–2035-ci illər üçün Milli Fəaliyyət Planının layihəsini 2027-ci il noyabrın 1-dək hazırlayaraq dövlət başçısına təqdim etməlidir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “Milli Fəaliyyət Planı çərçivəsində əsas çirklənmə mənbələrinin qiymətləndirilməsi, atmosferə atılan zərərli maddələrin azaldılması, hava keyfiyyətinin monitorinqinin və rəqəmsal nəzarətin təkmilləşdirilməsi, eləcə də ictimaiyyətin məlumatlara çıxışının genişləndirilməsi nəzərdə tutulur. Həyata keçiriləcək tədbirlər insanların sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin edilməsinə, hava keyfiyyətinin yaxşılaşdırılmasına və iqlim dəyişmələrinə dayanıqlılığın artırılmasına xidmət edəcək”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.