Press "Enter" to skip to content

Mingəçevir Dövlət Universitetində maarifləndirmə tədbiri – VİDEO

Mingəçevir Dövlət Universitetində maarifləndirmə tədbiri

BAYRAQDAR MEDİA – Fövqəladə Hallar Nazirliyinin (FHN) Aran Regional Mərkəzinin təşkilatçılığı ilə Mingəçevir Dövlət Universitetində (MDU) “Fövqəladə halların qarşısının alınması və təhlükəsizlik tədbirləri” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya FHN-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “tədbirdə Aran Regional Mərkəzinin, FHN-in regionda fəaliyyət göstərən digər qurumlarının və universitetin rəhbərliyi, pedaqoji heyət və tələbələr iştirak ediblər. Tədbirin keçirilməsində məqsəd təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı davranış qaydaları barədə universitetin əməkdaş və tələbələrinə zəruri biliklərin aşılanması olub. Əvvəlcə, Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, Dahi Şəxsiyyətin əziz xatirəsi dərin ehtiramla yad edilib. Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ümummilli Liderin və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib”.

Daha sonra xəbərdə, “tədbiri giriş sözü ilə açan MDU-nun rektoru Anar Eminov iştirakçıları salamlayıb və tədbirin təşkilinə görə FHN-in nümayəndələrinə minnətdarlığını bildirib. Tədbirdə çıxış edən Aran Regional Mərkəzinin rəisi polkovnik Vaqif Fətullayev tədbirin məqsəd və əhəmiyyətindən danışaraq fövqəladə hallar zamanı əhalinin mühafizəsi və təxliyəsinin təşkili, yanğın və digər təhlükələr zamanı zəruri davranış qaydalarının öyrənilməsinin vacibliyini vurğulayıb. Toplantıda fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hadisələr, o cümlədən yanğın və zəlzələ zamanı davranış qaydaları barədə ətraflı məlumat verilib. Həmçinin FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib. İnteraktiv formada keçirilən tədbirdə iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb, maarifləndirici videoçarx nümayiş etdirilib” deyə diqqətə çatdırılır.

Sonda tədbir iştirakçıları universitetin ərazisində fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı istifadə olunan yanğınsöndürmə və digər qəza-xilasetmə texnika və avadanlıqları ilə yaxından tanış olublar.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.