Press "Enter" to skip to content

“Motivasiya görüşləri” layihəsi çərçivəsində növbəti tədbir

“Motivasiya görüşləri” layihəsi çərçivəsində növbəti tədbir

Son yeniləmə: 26 Noyabr 2026

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) “Motivasiya görüşləri” layihəsinin budəfəki qonağı inklüziv təhsil üzrə təlimçi Zəhra Xələfova olub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “görüş zamanı Z.Xələfova şəxsi həyat və valideynlik təcrübəsindən, əldə etdiyi nailiyyətlərdən, autizmli övladının inkişafı prosesində üzləşdiyi çətinliklərdən, eləcə də bu çətinliklərin öhdəsindən gəlmək üçün istifadə etdiyi mübarizə və uyğunlaşma üsullarından danışıb. O, valideynliyin səbir, əzm və davamlı öyrənmə tələb edən bir proses olduğunu vurğulayaraq hər bir uşağın fərdi xüsusiyyətlərinə və potensialına uyğun yanaşmanın əhəmiyyətini diqqətə çatdırıb”.

Qeyd edək ki, layihə çərçivəsində müxtəlif sahələrdə uğur qazanmış şəxslər, o cümlədən əlilliyi olan uşaqların inkişafı və təhsili istiqamətində əhəmiyyətli bilik və bacarıqlar əldə etmiş valideynlər öz həyat təcrübələrini digər valideynlərlə bölüşürlər.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.