Press "Enter" to skip to content

MEK-in hədiyyə kitabları Hollandiyada vacib qurumlara təqdim ediləcək

Bayraqdar.info – “Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının (MEK) fondlarının zənginləşdirilməsi istiqamətində kitab mübadiləsinin aparılması önəmli faktorlardan biridir. MEK-in baş direktoru, Prof. Məmməd Əliyevin təşəbbüsü ilə mütəmadi olaraq bu istiqamətdə işlər davam etdirilir.”

Bu sözlər MEK-in İctimaiyyətlə əlaqələr şöbəsindən bayraqdar.info-ya verilən xəbərdə yer alıb.

Xəbərdə daha sonra deyilir: “Görülən işlərin davamı kimi, mübadilə çərçivəsində bu dəfə MEK tərəfindən Niderland Azərbaycan Evinə kitablar hədiyyə edilib. Xaqani Şirvaninin seçilmiş əsərləri, Cəlal Əliyev və Budaq Budaqovun “Turks, Azerbaijanians, Armenians: Genocide of historical truth”, Yaqub Mahmudovun “Real history and confabulation on «Great Armenia»”, Rafi Qurbanovun “Non-muslim minorities in Azerbaijan”, “Armenian terror: religious and historical monuments of Azerbaijan” və “Crimes by armenian terrorist and bandit groupings against humanity (XIX – XXI centuries)” kitabları qurumun rəhbəri Elxan Mirhəşimliyə təqdim edilib”.

MEK onu da xəbər verir ki, “diaspor rəhbəri öz növbəsində kitabları Vaadhoeke bələdiyyəsinin mərkəzi kitabxanasına, Hollandiya Parlament üzvləri, siyasətçiləri, qeyri-hökümət təşkilatları, media nümayəndələri ilə görüşdə təqdim edəcəyini bildirib”.

Mission News Theme by Compete Themes.