Press "Enter" to skip to content

Nizami Gəncəvinin 880 illik yubileyinə 880 ağac

Bayraqdar.info – “Bu il dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2021-ci il ölkədə “Nizami Gəncəvi ili” elan olunub.”

Bu sözlər sentyabrın 29-da Mədəniyyət Nazirliyindən bayraqdar.info-ya verilən xəbərdəndir.

Xəbərdə qeyd edilir ki, qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığı bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyət daşıyır: “Nizami Gəncəvi ili” həm ölkə daxilində, həm də xaricdə geniş tədbirlərlə qeyd olunur.

“Oktyabrın 1-də dahi şairin 880 illik yubileyi münasibəti ilə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və Kapital Bankın birgə təşkilatçılığı ilə Gəncə şəhərində, Nizami Gəncəvi məqbərəsinin ətrafında ağacəkmə aksiyası təşkil olunacaq. Aksiyada 880 ədəd şam ağacı əkiləcək”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.