Press "Enter" to skip to content

İlham Əliyev Pakistanın müdafiə istehsalatı nazirini qəbul edib

Pakistanın müdafiə istehsalatı naziri ilə görüş

Son yeniləmə: 30 Noyabr 2021 18:31

Bayraqdar.info – Noyabrın 30-da Prezident İlham Əliyev Pakistan İslam Respublikasının müdafiə istehsalatı naziri, Azərbaycan-Pakistan Birgə Komissiyasının həmsədri xanım Zobaida Cəlalı qəbul edib.

Məlumatı noyabrın 30-da Prezidentin Mətbuat xidməti yayıb.

Görüşdə Azərbaycan ilə Pakistan arasında ikitərəfli dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilib. Xanım Zobaida Cəlalın səfərinin əməkdaşlığın genişləndirilməsi baxımından önəmi qeyd edilib.

“Dövlət başçısı bu yaxınlarda Pakistan Prezidenti ilə görüşünü məmnunluqla xatırlayaraq bu görüşün çox uğurlu olduğunu və əlaqələrimizin möhkəmlənməsi işinə töhfə verdiyini vurğulayıb.

“”Daha sonra Prezident İ.Əliyev Bakıda keçiriləcək Azərbaycan-Pakistan Birgə Komissiyasının işinə toxunaraq bu tədbirin iqtisadi əməkdaşlığın genişlənməsi, ticarət dövriyyəsinin həcminin artırılması, biznes dairələri arasında əlaqələrin səviyyəsinin qaldırılması işinə xidmət edəcəyinə əminliyini ifadə edib.

“Dövlət başçısı onu da qeyd edib ki, Azərbaycan tərəfi işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma və bərpa işlərində iştirak edən xarici şirkətlər sırasında Pakistan şirkətlərini də görməkdən məmnun olardı.

“Nazir Z.Cəlal ölkəsinin Azərbaycan ilə qardaşlıq əlaqələrini yüksək qiymətləndirdiyini vurğulayaraq, bu münasibətlərin illər ərzində özünü doğrultduğunu bildirib.

“Qonaq Azərbaycan-Pakistan Birgə Komissiyasının iclasının da əlaqələrin genişləndirilməsinə xidmət edəcəyinə əminliyini bildirib.

“Görüşdə ticarət, enerji, nəqliyyat, turizm, təhsil və hərbi-texniki sahələr də daxil olmaqla əməkdaşlıq münasibətlərinin bütün sahələr üzrə genişləndirilməsinin əhəmiyyəti vurğulanıb. Azərbaycan-Pakistan-Türkiyə üçtərəfli əməkdaşlıq formatının müxtəlif istiqamətlərdə daha da genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Ölkələrin həm ikitərəfli müstəvidə, həm də beynəlxalq təşkilatlarda daim bir-birini dəstəklədikləri xüsusi qeyd olunub”, – deyə məlumatda qeyd edilib.

Mission News Theme by Compete Themes.