Press "Enter" to skip to content

Zahir Babar Sidhu 44 günlük müharibədən danışıb

Azərbaycan-Pakistan əlaqələri

Son yeniləmə: 13 Dekabr 2021 18:21

Bayraqdar.info – Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov Pakistanın Hərbi Hava Qüvvələri Komandanı Aviasiya Marşalı Zahir Babar Sidhu ilə görüşüb.

Bu barədə bayraqdar.info-ya Azərbaycanın Pakistandakı səfirliyindən məlumat verilib.

Görüş zamanı səfir Azərbaycanın 44 günlük Vətən müharibəsi zamanı Pakistanın Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstəyin Azərbaycan dövləti və xalqı tərəfindən yüksək qiymətləndirildiyini qeyd edib və buna görə öz təşəkkürünü bildirib.

“Aviasiya Marşalı Z.B.Sidhu 2020-ci ilin 8 noyabr tarixində 44 günlük Vətən müharibəsində əldə olunmuş tarixi qələbə münasibətilə Azərbaycan dövlətini və ordusunu təbrik edib. O, Pakistanın HHQ Komandanı olaraq Azərbaycan, Pakistan və Türkiyə hərbi əlaqələrinin bundan sonra daha da inkişaf etdirilməsi üçün mümkün olan bütün imkanlardan istifadə ediləcəyini vurğulayıb.

“Görüşdə ölkələr arasında hərbi təhsil və təlim, hərbi-texniki əməkdaşlıq, təcrübə mübadiləsi və s. sahələr üzrə məsələlər müzakirə olunub”, – deyə məlumatda qeyd edilib.

Mission News Theme by Compete Themes.