Press "Enter" to skip to content

Kıbrıslı yazarın kitabı ikinci dəfə nəşr olunub

Son yeniləmə: 15 Fevral 2022 18:39

Səyahətnamə janrında qələmə alınan “Umuda YOLculuk” Hasan Çakmakın sayca 17-ci kitabıdır

Bayraqdar.info – Kıbrıslı türk jurnalist və yazar Hasan Çakmak tərəfindən qələmə alınan, KKTC ilə yanaşı, Türkiyədə və dünyanın bir çox ölkəsində satışa çıxarılan “Umuda YOLculuk” kitabı ikinci dəfə nəşr olunub.

Qeyd edək ki, 1971-ci ildə Lefkoşada anadan olan Hasan Çakmakın bu kitabı Konya Mədəniyyət Təşəbbüsünün mükafatını qazanıb. “Umuda YOLculuk” İstanbul, Ankara, Konya və Adalarda tanıtım və imza günlərində yazarı tərəfindən oxuculara təqdim olunub.

KKTC-nin Bakıdakı nümayəndəliyindən bayraqdar.info-ya fevralın 15-də verilən məlumata görə, İstanbul Dramatik Yayınlarında kitabsevərlərə təqdim olunan əsər səyahətnamə janrında qələmə alınıb. Bu günə kimi bir çox beynəlxalq ədəbi mükafatlara sahib olan yazıçı kitabında mədəniyyət və incəsənət məqsədləri üçün dəvət olunduğu bəzi ölkələrdən bəhs edir. Bu sırada Kanada, İtaliya, Mərakeş, Kuba və Böyük Britaniya var.

Bildirilir ki, 208 səhifəlik “Umuda YOLculuk”da H.Çakmakın və Doç.Dr. Ayşe Dalyanın ön sözləri yer alıb. Kitabın redaktorları Mustafa Çığ və Can Sözer, baş redaktoru isə Nurhan Usludur.

2020-ci ilin oktyabr ayında ilk dəfə oxuculara təqdim edilən kitabın ilk birinci nəşri qısa zamanda satılıb və 2022-ci ilin fevralında yenidən sənətsevərlərə təqdim olunub.

Türkiyədə maraqla qarşılanan kitab bir çox Avropa ölkələrində də satışa çıxarılıb.

KKTC-də isə kitab Deniz Plazada kitabsevərlərə təqdim olunub. İzmirli rəssam Kevser Alpsalcının üz qabığını çəkdiyi “Umuda YOLculuk” kitabı H.Çakmakın sayca 17-ci kitabıdır.

Mission News Theme by Compete Themes.