Press "Enter" to skip to content

Manas Univeristetinin beynəlxalq uğuru

Qırğızıstan-Türkiyə Manas Universiteti

Son yeniləmə: 13 İyun 2022 15:04

Bayraqdar.info – Qırğızıstan-Türkiyə Manas Universiteti mühüm beynəlxalq uğur qazanıb. Belə ki, bu ali təhsil ocağı dünyanın ən yaxşı universitetləri sırasına daxil edilib.

Bununla bağlı məlumatda vurğulanıb ki, Manas Universiteti İngiltərənin QS təhsil araşdırması firması tərəfindən aparılan araşdırma nəticəsində dünya üzrə 801-ci sırada qərarlaşıb.

Bundan başqa bu ali təhsil ocağı təhsil sahəsindəki uğurlarına görə Türkiyə universitetləri arasında 7-ci, Qırğızıstan isə birinci sırada yer alıb.

Qeyd edilib ki, QS şirkəti universitetləri 8 istiqamət üzrə araşdıraraq ümumi nəticəyə gəlir.

Dünyada 2 min 462 universitet arasından ən yaxşı 1 min 422 universiteti müəyyən edən şirkətin gəldiyi nəticəyə əsasən Qırğızıstan-Türkiyə Manas Universiteti 801-ci yerdədir.

Mission News Theme by Compete Themes.