Press "Enter" to skip to content

15 iyun növbəti dəfə Azərbaycan tarixinə düşdü

Son yeniləmə: 15 İyun 2022 10:50

Naqif Həmzəyev: 2021-ci il 15 İyun – Milli Qurtuluş Günündə Azərbaycanın mədəniyyət paytaxtında tarixi Şuşa Bəyannaməsi imzalandı

Bayraqdar.info – “Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan müstəqilliyini bərpa etdi. Ancaq təəssüflər olsun ki, qarşılaşdığı çətin durum, ərazisinin bir hissəsinin itirilməsi Azərbaycanı yenidən öz müstəqilliyini itirmək təhlükəsi ilə baş-başa qoymuşdu. Məhz həmin ərəfədə hakimiyyətdə olanların idarəçilik təcrübəsinin olmaması vəziyyəti daha da gərginləşdirmişdi. Faktiki olaraq Azərbaycanın parçalanması, tamamilə yer üzündən silinməsi təhlükəsi yaranmışdı. Belə bir çətin vaxtda Ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə Bakıya dəvət olundu”.

Bunu bayraqdar.info-ya özəl açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

Ulu öndər Heydər Əliyev 1993-cü ilin iyununda Naxçıvandan Bakıya gələrkən
Ulu öndər Heydər Əliyev 1993-cü ilin iyununda Naxçıvandan Bakıya gələrkən

Deputat qeyd edib ki, Bakıya gələn Heydər Əliyevin ilk işi həmin vaxt Surət Hüseynovun nəzarətində olan Gəncəyə yola düşmək oldu: “Ulu öndər o zaman mövcud olan təhlükəyə baxmadan heç bir silahlı qüvvə olmadan, sadəcə bir neçə jurnalistin müşayəti ilə Gəncəyə gedərək baş verənlərə dair yerində araşdırma apardı. Bu səfərlə dahi şəxsiyyət Gəncədə qardaş qırğınını dayandırdı. İyunun 15-də isə Heydər Əliyev Ali Sovetin sədri seçildi”.

Respublika məhv olmaq təhlükəsindən xilas edildi

N.Həmzəyev bildirib ki, bununla da gənc, müstəqil Azərbaycan üzləşdiyi bəlalardan, Respublika məhv olmaq təhlükəsindən xilas edildi, ölkənin qurtuluşunun əsası qoyuldu: “Məhz Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə gəlməsi ilə Azərbaycan bəlalardan qurtuldu. Dahi şəxsiyyətin rəhbərliyi ilə tez bir zamanda atılan addımlar, həyata keçirilən siyasət Azərbaycanda bütün sahələrdə tənəzzülün qarşısının alınmasına, müstəqilliyin qorunub saxlanmasına səbəb oldu, sonra isə inkişafa təkan verdi. Buna görə də 15 iyun müasir Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi düşdü”.

Ulu öndərin əsasını qoyduğu iqtisadi inkişaf və ordu quruculuğu siyasəti daha da inkişaf etdirildi
Ulu öndərin əsasını qoyduğu iqtisadi inkişaf və ordu quruculuğu siyasəti daha da inkişaf etdirildi

Millət vəkilinin sözlərinə görə, 1993-cü ilin 15 iyunundan sonra Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət Azərbaycanın əbədi müstəqilliyini təmin etdi: “Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan siyasətin cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsi nəticəsində Azərbaycan regionun lider dövlətinə çevrildi. Ulu öndərin həyata keçirə bilmədiyi layihələri Prezident İlham Əliyev yeni dövrdə uğurla reallaşdırdı. Ən əsası isə Ulu öndərin əsasını qoyduğu iqtisadi inkişaf və ordu quruculuğu siyasəti daha da inkişaf etdirildi ki, bunun da nəticəsini biz 2020-ci ildə 44 günlük Vətən müharibəsində gördük. O müharibədə əldə edilən tarixi Zəfər nəticəsində torpaqlarımız işğaldan azad edildi”.

Azərbaycanın əldə etdiyi qələbə bu Bəyannamədə öz əksini tapdı

N.Həmzəyev vurğulayıb ki, bu tarixi Zəfərdən sonra 15 iyun növbəti dəfə Azərbaycan tarixinə düşdü: “Belə ki, düz bir il əvvəl, 2021-ci ildə məhz 15 iyun tarixində, Milli Qurtuluş Günündə Azərbayanın mədəniyyət paytaxtında tarixi Şuşa Bəyannaməsi imzalandı. Azərbaycanın əldə etdiyi qələbə bu Bəyannamədə öz əksini tapdı. İiki qardas ölkə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi ilə bir millət – iki dövlət olan Türkiyə ilə Azərbaycan arasındakı əməkdaşlıq rəsmi olaraq strateji müttəfiqlik səviyyəsinə çatdırıldı. İki qardaş ölkə arasında bütün sahələrdə əməkdaşlığın daha da dərinləşməsinə xidmət edən bu sənədlə Türkiyə-Azərbaycan əməkdaşlığının, qardaşlığının sarsılmaz olduğu bir daha bütün dünyaya nümayiş etdirildi”.

Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan siyasətin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsi nəticəsində Azərbaycan regionun lider dövlətinə çevrildi
Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan siyasətin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsi nəticəsində Azərbaycan regionun lider dövlətinə çevrildi

Birlikdə yeni-yeni böyük uğurlara imza atacağıq

Deputat əlavə edib ki, ötən bir il ərzində bu Bəyannamədən irəli gələrək iki qardaş ölkə arasında mühüm layihələr həyata keçirilib: “Bu baxımdan iki qardaş ölkənin ordusunun birgə təlimləri, o cümlədən işğaldan azad edilmiş Azərbaycan ərazilərində, Qarabağ və Şərqi Zəngəzur ərazilərində görülən işləri xüsusi olaraq qeyd edə bilərik. İki qardaş ölkənin birgə əməkdaşlığı çərçivəsində regionun inkişafı istiqamətində də müvafiq addımalar atılıb və hazırda da atılmaqdadır.

Şuşa Bəyannaməsinin imzalanması ilə Türkiyə-Azərbaycan əməkdaşlığının, qardaşlığının sarsılmaz olduğu bir daha bütün dünyaya nümayiş etdirildi
Şuşa Bəyannaməsinin imzalanması ilə Türkiyə-Azərbaycan əməkdaşlığının, qardaşlığının sarsılmaz olduğu bir daha bütün dünyaya nümayiş etdirildi

Yeni avtomobil yolları qurulub, Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verilib, Zəngilan hava limanında işlər davam etdirilir. Ən qısa zamanda Laçın hava limanının tikintisinə başlanılacaq. Bütün sərhəd boyu Azərbaycan silahlı qüvvələri möhkəmlənib. Komando tipli yeni hərbi hissələr formalaşdırılıb. Bu gün biz Türkiyə ilə Azərbaycanın birgə necə böyük imkana malik olduğunu görürük. Mən həm Milli Qurtuluş Günü münasibətilə, həm də Şuşa Bəyannaməsinin imzalanmasının birinci ildöünümü münasibətilə xalqımzı və türk bacı-qardaşlarımızı təbrik edirəm. Biz bundan sonra da birlikdə yeni-yeni böyük uğurlara imza atacağıq”.

Mission News Theme by Compete Themes.