Press "Enter" to skip to content

ABŞ-dan diqqətçəkən xəbər var – AYRINTISIZ

Azərbaycan səfiri ABŞ Prezidenti ilə

Bayraqdar.info – İyunun 25-də, erkən saatlarda Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim sosial mediada paylaşım edərək Prezident Cozef Baydenə təşəkkür edib. İngilis dilində “Çox sağ olun, cənab Prezident” qeydinin yer aldığı paylaşımda heç bir ayrıntı yoxdur. Sadəcə o, C.Baydenlə iki ayrı şəklini də paylaşıma əlavə edib.

Belə anlamaq olar ki, Azərbaycan səfiri bu paylaşımı ABŞ Prezidenti ilə yeni bir görüşün ardından edib. Lakin müzakirə olunan məsələlərlə bağlı ayrıntıları ictimailəşdirmək məqsədəuyğun olmayıb. O baxımdan ABŞ Prezidenti Administrasiyasının da hər hansı informasiya paylaşmaması diqqət çəkir.

Ehtimal etmək olar ki, belə bir görüş Rusiyanın Ukraynaya təcavüzü fonunda Azərbaycanın üzləşdiyi durumla bağlı ola bilər. Güman etmək olar ki, ABŞ-ın son vaxtlar Azərbaycana artan isti münasibəti, eyni zamanda Rusiyanın da öz Güney qonşusuna getdikcə artmaqda olan ehtiyacı belə bir görüşü zəruri edib…

Mission News Theme by Compete Themes.