Press "Enter" to skip to content

Türk Qızılay Cəmiyyətindən Ərbilə yardım

Məktəblilərə yardım paylanarkən

BAYRAQDAR MEDİATürk Qızılay Cəmiyyəti İraqın Ərbil şəhərində Türkmən Akkoyunlu ibtidai məktəbin şagirdlərinə qış geyimləri və çantalar verib.

Bu barədə Türkmeneli TV məlumat yayıb.

Bildirilib ki, bununla bağlı mərasimə Türkiyənin Ərbildəki baş konsulu Mövlud Yakut, İraq Türkmən Cəbhəsi (İTC) İcraiyyə Şurasının üzvü Aydın Maruf və digər rəsmi şəxslər qatılıb.

Məlumata görə, Türk Qızılay Cəmiyyətinin İraqdakı nümayəndəliyinin əməkdaşı Əhməd Dağlı Anadolu Ajansına bildirib ki, qış olduğu üçün maddi vəziyyəti yaxşı olmayan kimsəsiz uşaqlara və məktəblilərə qış geyim yardımı və məktəb çantası paylayıblar. O, daha səkkiz məktəbdə yardımlar paylanacağını bildirib.

Baş konsul M.Yakut da Türk Qızılay Cəmiyyətinin ehtiyacı olan şagirdlərə yardım fəaliyyətlərində iştirak etməkdən çox məmnun olduqlarını bildirib. O, Türk Qızılay Cəmiyyətinin fəaliyyətində ayrı-seçkilik etmədiyini vurğulayıb.

Mission News Theme by Compete Themes.