Press "Enter" to skip to content

ABŞ-ın vasitəçiliyi ilə Azərbaycan-Ermənistan görüşü bitib – VİDEO

Üçtərəfli görüşdən görüntü

Son yeniləmə: 18 Fevral 2023 20:52

BAYRAQDAR MEDİA – Fevralın 18-də Almaniyanın Münxen şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Entoni Blinken və Ermənistan Baş naziri Nikol Paşinyan ilə birgə görüşü başlayıb.

Bu haqda xəbəri Prezidentin Mətbuat xidməti yayıb.

Qeyd edək ki, İ.Əliyev Münxen Təhlükəsizlik Konfransında iştirak üçün bu şəhərdədir. O, səfər çərçivəsində bir sıra ikitərəfli görüşlər də keçirib. Fevralın 18-i axşam saatlarında isə İ.Əliyevin də iştirakı ilə “Hərəkətli dağlar? Güney Qafqazda güvənliyin təmin edilməsi” adlı panel müzakirəsi keçiriləcək. Əvvəlcədən elan edilmiş proqramda Ermənistan Baş nazirinin bu müzakirədə iştirakı nəzərdə tutulmasa da artıq elan edilib ki, o da panelə qatılacaq.

İlham Əliyevin iştirak edəcəyi panelin elanı
İlham Əliyevin iştirak edəcəyi panelin elanı

Artıq üçtərəfli görüş başa çatıb və Prezident İlham Əliyev bununla bağlı Azərbaycan TV kanallarına geniş açıqlama verib.

Mission News Theme by Compete Themes.