Press "Enter" to skip to content

Bələdiyyədən maraqlı bədii proqram

Tamaşadan sonra

BAYRAQDAR MEDİA – Yerli vətəndaşların sosial rifahı üçün davamlı addımlar atan Denizli Böyükəşəhər Bələdiyyəsi Ramazan ayında da maraqlı bədii proqram hazırlayıb.

Bu barədə BAYRAQDAR MEDİA-ya özəl özəl açıqlamasında Denizli Böyükşəhər Bələdiyyəsinin Kültür ve Sosyal İşler Dairesi başqanı Hudaverdi Otaklı deyib.

Onun sözlərinə görə, ilahi konsertlərindən təsəvvüf musiqisinə, teatrdan söhbətə qədər geniş sahəni əhatə edən proqram çərçivəsində ilk tamaşa artıq yerli sakinlərə təqdim edilib. Martın 31-də “Ölü Ozanlar Dərnəyi” adlı teatr tamaşası ilə başlayan proqram tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.

Qeyd edək ki, Denizli Böyükşəhər Bələdiyyəsi Nihat Zeybekci Konqres və Mədəniyyət Mərkəzində səhnəyə qoyulan tamaşaya Dənizli Böyükşəhər Bələdiyyəsi baş katibinin müavini Serhat Akbulut, Kültür ve Sosyal İşler Dairesi başqanı Hüdaverdi Otaklı və çoxlu sayda vətəndaş baxıb.

Kedi Sahne Sanatları tərəfindən səhnələşdirilən, aktyor və rejissorluğunu məşhur sənətçi Hakan Altınerin etdiyi “Ölü Ozanlar Dərnəyi” əsəri 2 pərdədə səhnəyə qoyulub.

Aprelin 1-də isə Mədəniyyət və Turizm Nazirliyinin Çukurova Sinfonik Orkestrinin ifasında “Yunus Emre İlahileri” təqdim olunub.

H.Otaklı əlavə edib ki, aprelin 15-dək davam edəcək proqram çərçivəsində görüş və konsertlər Böyükşəhər Bələdiyyəsi Nihat Zeybekci Konqres və Mədəniyyət Mərkəzində pulsuz təşkil ediləcək. “Beləliklə, yerli sakinlər və qonaqlar üçün aprelin 5-də ilahiyyatçı-yazar Dos. Dr. Yasin Pişginlə görüş, aprelin 7-də “Gada” teatrıının ifasında “İncəsənət” tamaşası, aprelin 8-də təsəvvüf musiqisinin sevimli adlarından Mustafa Cihatın ifasında ilahilər və el mahnıları, aprelin 12-də televiziya proqramçısı, teatr aktyoru və yazıçı Bekir Develi ilə görüş, aprelin 13-də məşhur şair və yazıçı Prof. Dr. Nurullah Gençlə görüş və aprelin 15-də Eşref Ziya Terzi və Aykut Kuşkayanın təqdimatıda təsəvvüf musiqisi konserti təqdim ediləcək. Bütün bu proqramlar yerlə vaxtla saat 22:00-da başlayacaq.

Mission News Theme by Compete Themes.