Press "Enter" to skip to content

Giresunda qəhrəmanın xatirəsi anılıb

Mərasimdən xatirə fotosu

BAYRAQDAR MEDİA – Giresunda Atatürkün Mühafizə Alayının komandiri Topal Osman Ağa vəfatının 100-cü ildönümündə anılıb.

Haver61.net xəbər verir ki, Topal Osman Ağanın vəfatının ildönümü ilə bağlı ilk anım mərasimi Osman Ağa meydanında keçirilib.

İstiqlal Marşının oxunduğu mərasimdə Giresun Bələdiyyə Başçısı Aytekin Şenlikoğlu çıxş edib.
Topal Osman Ağanın ikinci anım mərasimi məzarının yerləşdiyi Giresun qalasında keçirilib.

Buradakı mərasimdə Qurani-Kərim oxunub.

Anma mərasiminə AK Partiya Giresun Millət vəkili Kadir Aydın, CHP Giresun Millət vəkili Necati Tığlı, Topal Osman Ağanın yaxınları, qeyri-hökumət təşkilatlarının nümayəndələri və vətəndaşlar qatılıb.

Mission News Theme by Compete Themes.