BAYRAQDAR MEDİA – Türkiyənin Gümülcinedəki baş konsulu Aykut Ünal Doğu Makedoniya -Trakya Əyalətinin başqanı Kristos Metiosu ziyarət edib.
Xəbəri Gundem Gazetesi yayıb.
Doğu Makedoniya-Trakya Əyalətinin Başqanlığına istinadən verilən məlumatda deyilir ki, A.Ünal ilə K.Metios arasında keçirilən görüşdə iki ölkədə yaşanan xoşagəlməz hadisələrdən sonra türk və yunan xalqları arasında həmrəylik nümayiş olunduğu vurğulanıb. Həmçinin, bunun iki ölkə arasında münasibətlərə müsbət töhfə verdiyi bildirilib.
O da bildirilib ki, görüş zamanı Doğu Makedoniya -Trakya Əyaləti ilə Türkiyənin qonşu əyalətləri arasında turizm və ticarət sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib, hər iki tərəfi maraqlandıran ümumi məsələlər üzrə ünsiyyət və əməkdaşlığın vacibliyi qeyd edilib.





